Ödənişli xidmətlərin dəyəri artıb | Banco.az

Ödənişli xidmətlərin dəyəri artıb

2019-cu ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,2 faiz artaraq 3324,2 milyon manat olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2.435,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,3 faizini təşkil edib. Bu ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 336,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 12,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et