Ödənişlərini E-PUL ilə edənlər daha çox qazanırlar! | Banco.az

Ödənişlərini E-PUL ilə edənlər daha çox qazanırlar!

Ölkənin onlayn ödəniş bazarında sadəcə iki il bundan qabaq fəaliyyətə başlayan E-PUL bu qısa müddət ərzində istifadəçilərinin etibarını qazanmaqla yanaşı, onları saysız-hesabsız yeniliklərlə sevindirməkdə davam edib.

Belə ki, xidmət və məhsullarının çeşidini mütəmadi olaraq yeniləyən, həmçinin şəxsi kabinetin imkanlarını genişləndirən E-PUL, müştəriləri üçün xidmətdən istifadəni daha rahat və əlçatan olmasını təmin edir.

Fəaliyyət göstərdiyi onlayn ödəniş bazarında gətirdiyi aşağıdakı bir sıra mühüm yeniliklərlə E-PUL öz mövqeyini get-gedə gücləndirməkdədir:

  • Bonusların pula çevrilməsi – E-PUL-da bonuslar təkcə hədiyyə qazandırmır, eyni zamanda onları pula çevirib, yeni ödənişlərinizdə istifadə edə bilərsiniz.
  • Kartdan-karta pul köçürməsi – bu xidmətlə müştərilər həm öz şəxsi kartları arasında, həm də digər şəxslərin kartına günün 24 saatı, həftənin 7 günü istənilən an pul köçürməsi edə bilər;
  • Borcların siyahılaşdırılması – bunun vasitəsilə müştərilər borclarını bir siyahı şəklində toplayıb, hər biri haqqında məlumatı daha rahat şəkildə əldə etmək imkanı qazanır.  
  • Avtomatik ödənişlərin edilməsi – E-PUL bununla sizlərin mütəmadi olaraq dövri borcların ödənişi kimi yorucu bir işdən azad edir. Belə ki, avtomatik ödənişlər siyahısına əlavə etdiyiniz xidmətlər üzrə E-PUL sizin təyin etdiyiniz vaxta uyğun olaraq ödənişi avtomatik olaraq həyata keçirir. Bununla da, ödənişlərin tarixini daim yadda saxlamağa və onlara görə narahat olmağa ehtiyac qalmır.     

Bütün bunlarla yanaşı, E-PUL sizə kartınızı yadda saxlamaq, etdiyiniz ödənişlərin tarixçəsini izləmək, ödənişlər üzrə çekləri elektron poçtunuza göndərmək və əməliyyatlarınızı təhlükəsiz və rahat şəkildə həyata keçirmək üçün bir sıra geniş imkanlar yaradır. Portaldan verilən məlumata əsasən, hal-hazırda da xidmət üzərində müəyyən təkmilləşdirilmə işləri aparılmaqdadı və ən qısa zamanda istifadəçilərə xüsusi yeniliklər və daha geniş imkanlar təqdim olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

E-PUL onlayn ödəniş portalının digər sistemlərdən fərqləndirən əsas xüsusiyyətlərilə qısaca olaraq sizləri tanış etdik, daha yaxından tanımaq və faydalanmaq üçün elə indi www.e-pul.az saytında qeydiyyatdan keçin, özünüz bu üstünlüklərdən faydalanın. Sualınız olduğu təqdirdə, E-PUL-un *1919 nömrəli qaynar xətti ilə əlaqə saxlayaraq və ya rəsmi facebook səhifəsinə https://www.facebook.com/eeepulaz yazaraq cavab tapa bilərsiniz.