Ödəniş terminalları haqqında hər şey | Banco.az

Ödəniş terminalları haqqında hər şey

Ödəniş etmək artıq çox sadələşib. Artıq banka getmək və ya poçt xidmətində uzun növbələrdə durmaq lazım deyil. Müasir ödəniş sistemi köşkləri iyirmi dörd saat ərzində, hətta bayram günləri və istirahət günləri də işləyir. Bu sistemin istifadə rahatlığı və adət edilmiş iş forması ödəniş prosesini asanlaşdırır, heç bir mürəkkəb məsələlər yaratmır. Abunəçi lazımi məbləği ödəyir və ödəniş ani olaraq onun hesabına yazılır. Bu xidmətin digər müsbət tərəfi odur ki, istifadəçidən ödəniş üçün komissiya haqqı tutulmur.

Ödənişi əksər bankların, internet klubların, qaz idarələrinin nəzdində, kabelli televiziya dilerlərində və digər yerlərdə etmək olar.

 Şirkətlər öz abunəçilərinə rahat və etibarlı yolla ən qısa vaxt ərzində aşağıdakı xidmətlərin ödənişini təklif edir:

  • - Mobil operatorlar
  • - İnternet provayderlər
  • - Kabel televiziyası
  • - Şəhər telefonları
  • - Mənzil kommunal təsərrüfatı xidmətləri (su, işıq, qaz, o cümlədən qaz smart kartının balansının doldurulması)
  • - Bank Xidmətləri
  • - Mərc Oyunları
  • - Əyləncə

Ölkəmizdə ən qocaman ödəniş sistemi  «MilliÖN» — kommunal və rabitə xidmətlərinin ödənişindən tutmuş onlayn oyunlara və aviabiletlərin alınmasına qədər istənilən xidmət növünün əlçatan ödəniş vasitəsidir. Ölkənin bütün ərazisində, 5000-ə yaxın ödəniş nöqtəsi və 20-yə yaxın ödəniş növü mövcuddur. Xidmətlərin 90 saniyədən qısa bir müddətdə ödənişini təmin edir. Şirkət 50-dan artıq təşkilatın və şirkətlərin ünvanına ödənişlər qəbul edir. MilliÖN bağlı tipli ödəniş sistemidir. Onun açıq tipli sistemlərdən əsas prinsipial fərqi ondan ibarətdir ki, hesablaşma iştirakçıları, yəni ödəyici və ödənişi qəbul edən konkret olaraq müəyyən edilmişlər. Sistemdən vəsaitin çıxarılması mümkün deyil, belə ki, ödəyicinin hesabında olan vəsait yalnız ödəyişi qəbul edən operatorun hesabına köçürülə bilər. Problem yarandıqda dəstək xidmətimizə, *0010  nömrəsinə zəng etmək kifayətdir və təcrübəli mütəxəssislər bu problemi bir neçə dəqiqə ərzində aradan qaldıracaq.

MilliÖN-də həmçinin Şəhər telefonları, Sığorta Xidmətləri, Ağıllı Alış-Veriş  Agent Şəbəkəsi Agent kimi xidmətlərin ödənişini etmək mümkündür.

MilliÖN-də necə kredit ödənişi etmək olar?

Kredit ödənişlərini "MilliÖN" Ödəmə Nöqtələri vasitəsilə həyata keçirmək üçün müştərilər sadəcə kreditlərini aldıqları Banka  müraciət edərək  "kredit İD" kodlarını almalıdırlar. Bu kodu kredit rəsmiləşdirildikdə almaq olar. "MilliÖN" Ödəmə Nöqtələri vasitəsilə kredit ödənişlərinin həyata keçirilməsi ardıcıllığı aşağıdakı kimidir: 

• Terminalın ekranından "Bank xidmətləri" bölməsi seçilir; 
• Növbəti açılan pəncərədən "XXXX" (krediti aldığınız bankın adını seçirsiniz; 
• Sonra Bank tərəfindən təqdim edilən "Kredit İD"-si iki dəfə daxil edilir; 
• "Kredit İD"-si iki dəfə daxil edildikdən sonra müştərinin adı, soyadı və atasının adı ekranda çıxır; 
• Ad və soyada əsasən kredit kodunun düz daxil edilməsinə əmin olduqdan sonra ödənilən məbləğ terminala daxil edilir; 
• Terminaldan çıxan qəbz, ödənişi təsdiq edən sənəd sayılır və saxlanılması məqsədəuyğundur. 

Bank xidmətləri 

DəmirBank

Turanbank

AGBank

FINCA Azerbaijan

AzerCredit

Bank of Baku

Unibank

Bank Standard

Embafinans

Nikoil

AtaBank

Bank Respublika

TBC Kredit

FlexiCred

AFB Bank

BTB

   

Ən sərfəli kredit üçün müraciət et

eManatda ödəniş etmək üçün nə lazımdır?

İstifadəniz üçün rahat olan dili (azərbaycan, ingilis, rus) seçin.

“Bank” kateqoriyasını, daha sonra isə bu kateqoriyanın içindən kreditini ödəyəcəyiniz bankın xidmətini seçirsiniz.

Bankdan asılı olaraq müştəri kodunu (hesab və ya kredit kart nömrəsini) daxil edirsiniz.

Daxil edilmiş məlumatların düzgünlüyünü təsdiq etmək üçün qarşınızda yeni səhifə açılır.

Məlumatların düzgünlüyünü yoxlayıb, onları təsdiq edə və ya geri qayıda bilərsiniz.

“Əsginasları daxil edin” səhifəsi gəldikdə, əsginasları terminala daxil edir və “Ödə” düyməsini sıxırsınız.

DİQQƏT!!! Terminal qalığı geri qaytarmır.

Əməliyyatın sonu və qəbz çapı.

Əməliyyatı başa çatdırmaq üçün “Ana Səhifə” düyməsini basmaq lazımdır.

Hansı Bankların və kredit təşkilatlarının borclarını ödəmək olar?

Bank of Baku, Unibank, Bank BTB, Bank Respublika, Emba Finance, FinDev

Siz həmçinin Bank of Baku-nun kreditlərini də sifariş edə bilərsiniz.

Terminalla və ya proseslə bağlı hər hansı problem yaşanarsa,  eManat Müştəri Xidmətlərinə ( 012-404-48-88)   ng etmək kifayətdir və mütəxəssislər bu problemi həll edəcəklər

eManatın respublika üzrə 2094 ödəniş terminalı fəaliyyət göstərir ki, bunlardan 654-ü regionların, 1440-ı isə Bakı, Abşeron və Sumqayıt şəhərlərinin birlikdə payına düşür. Həmçinin eManat vasitəsilə Bank RespublikaRabitəbankın hesabına mədaxil etmək mümkündür.

 

Bank xidmətləri 

Bank BTB

Rabitəbank

NBC Bank

FINCA Azerbaijan

-Merkuri

Bank of Baku

Unibank

Muğanbank

Embafinans

Nikoilbank

İnkişaf üçün Maliyyə

Bank Respublika

 

Expresspay-  Express Bankın təqdim etdiyi ən gənc ödəniş terminalıdır.2014-cü ilin may ayından istifadəyə verilib. Respublika ərazisində terminalların cəmi sayı 200-dən artıqdır. Expresspay terminallarında Nikoilbank və Embafinansın kredit ödənişlərini həyata keçmək mümkündür. Şirkət terminalların sayını artırmaqda davam edir, tezliklə expresspayin rəsmi internet səhifəsi də istifadəçilərin ixtiyarına veriləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et