Occidental Petroleum OxyChem bölməsini 10 milyard dollara sata bilər | Banco.az

Occidental Petroleum OxyChem bölməsini 10 milyard dollara sata bilər

Müəllif -  Fərid İslamov - Banco.az

ABŞ-ın şist neft istehsalçısı Occidental Petroleum kimya bölməsi OxyChem-in satışını müzakirə edir, xəbər verir Financial Times mənbələrə istinadən.

Məlumata görə, əməliyyatın həcmi təxminən 10 milyard dollar ola bilər. Satış növbəti həftələrdə elan edilə bilər, lakin alıcı hələ açıqlanmayıb. Bu, Occidental tarixindəki ən böyük satış əməliyyatı ola bilər.

İyun ayının sonuna qədər olan 12 aylıq dövrdə OxyChem-in gəliri təxminən 5 milyard dollar təşkil edib.

Son dövrlərdə Occidental aktivlərini aktiv şəkildə satır, məqsəd isə 24 milyard dollar olan borcu azaltmaqdır. Bu borc 2019-cu ildə Anadarko Petroleum-un 55 milyard dollara, 2023-cü ildə isə CrownRock-un 13 milyard dollara alınması nəticəsində yaranıb.

Son bir ildə şirkət borcunu 7,5 milyard dollar azaldıb.