Obama: Əgər biz iqtisadi qaydaları tənzimləməsək, bunu Çin edəcək | Banco.az

Obama: Əgər biz iqtisadi qaydaları tənzimləməsək, bunu Çin edəcək

ABŞ prezidenti Barak Obama bildirir ki:

Çin ilə rəqabətə davam edə bilmək və Asiyadaki biznesimizi itirməmək üçün ABŞ, Trans-Sakit  Okeanı tərəfdaşlığı proektini realizə etməlidi.

Bu barədə Banco.az saytı, ria.ru xəbər portalına istinadən xəbər verir.

ABŞ prezidenti Barak Obama “The Wall Street Journal”na olan intervyusunda bildirir:

Əgər Trans-Sakit okeanı tərəfdaşlıq proekti realizə olunmasa ABŞ Çin ilə rəqabətdə uduzar.

“Əgər biz bölgəyə dair qanunları tənzimləməsək, onda bunu Çin edəcək. Bizi – amerikan biznesi və kənd təsərrüfatı kölgə altına alacaq. Və bu da iş yerlərinin itirilməsinə gətirib çıxaracaq.” -  Obama bildirib.

Ən sərfəli kredit üçün müraciət et

“Biz istəyirik ki, Çin daim müvəffəqiyyətli olsun. Biz istəyirik ki, Çin öz yüksəlişinə əmin amanlıqla davam etsin. Düşünürəm ki, bu bütün dünya üçün yaxşıdır.Biz sadəcə istəyirik ki,nəqliyyat hərəkəti qaydaları bizi və digərlərini daim rəqabətdə olmağa şərait yaratsın. Biz istəmirik ki, Çin öz gücündən ərazinin digər ölkələrinə, eləcə də bizə əlverişli olmayan qaydaları tətbiq etmək üçün istifadə etsin ”.

Qeyd edək ki, Trans-Sakit okean tərəfdaşlığının həyata keçirilməsi— Obama idarəçiliyinin xarici ticarət gündəmində ən əsas punktlarından biridir. Razılaşma, onda iştirak edən ölkələr arasında demək olar ki, bütün gömrük vəzifələrinin qüvvədən qalxmasını nəzərdə tutur .  İlk öncə Trans-Sakit Okean tərəfdaşlığı razılığı Çili, Yeni Zellandiya, Brunei və Zinqapur arasında imzalandı. Daha sonra isə bu sazişə ABŞ və hər iki materikə aid digər  Sakit okean ölkələri qoşuldu, Avstraliya , Yaponiya və regionun bir sıra başqa ölkələri bu siyahıya daxildir.

Müəllif: Fidan Maqbet qızı

Ən sərfəli krediti almaq üçün müraciət et