“Nvidia”nın səhmləri sürətlə bahalaşır | Banco.az

“Nvidia”nın səhmləri sürətlə bahalaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Nvidia”nın səhmləri bu dəfə də İlon Maskın açıqlamasından sonra bahalaşıb.

Banco.az xəbər verir ki, balans hesabatı və gələcək qiymətləndirməsinin açıqlanmasından sonra bazar dəyərinə yüz milyardlarla dollar əlavə edən “Nvidia” şirkətinin səhmləri bu dəfə İlon Maskın açıqlaması ilə yüksəlib.

Qeyd edək ki, İlon Mask yeni layihəsi “xAI” ilə əvvəllər dəstəklədiyi süni intellekt startapı “OpenAI”yə meydan oxuyarkən bu yeni rəqabətin çip istehsalçısı “Nvidia”nın xeyrinə olacağı fikrini səsləndirib ki, bununla da şirkətin səhmləri üç gün ərzində 20 faiz bahalaşıb.

“The Information” xəbər verir ki, Mask “xAI” superkompüterini yaratmaq üçün “Nvidia”nın H100 qrafik prosessorundan istifadə edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram