Nvidia-nın gəlirləri proqnozları üstələyib | Banco.az

Nvidia-nın gəlirləri proqnozları üstələyib

Müəllif:Mehin Qasımova/Banco.az

Dünyanın aparıcı çip istehsalçılarından biri olan "Nvidia", 2023-cü ilin son rübü üçün balans hesabatını açıqlayıb.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki,  "Nvidia", 2023-cü ilin son rübündə süni intellekt çiplərinə güclü tələbat səbəbindən gözləntilərin üstündə gəlir əldə edib.

Şirkətin gəlirləri bu dövrdə illik bazda 265 faiz artaraq 22,1 milyard dollara çatıb.

Bloomberg sorğusunda iştirak edən analitiklərin gözləntiləri isə 20,41 milyard dollar olub.

Keçən ilin eyni dövründə 6,05 milyard dollar gəlir əldə edən "Nvidia", son rüb üçün 24 milyard dollarlıq gəlir təxminini paylaşdı.

Bu dövrdə hər səhmə düşən xalis mənfəət 5,16 dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, süni intellekt çiplərinə güclü tələbatla Nvidia-nın bazar dəyəri 1,83 trilyon dollara çatdı. Şirkət Amazon və Alphabet-dən sonra ABŞ-ın üçüncü ən dəyərli şirkəti oldu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et