“Nvidia” kapitallaşmasına görə “Microsoft”u geridə qoydu | Banco.az

“Nvidia” kapitallaşmasına görə “Microsoft”u geridə qoydu

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-nin qrafik prosessor istehsalçısı “Nvidia” kapitallaşmasına görə dünyanın ən böyük şirkətləri siyahısında “Microsoft”u geridə qoyaraq ikinci yeri tutub.

Banco.az xəbər verir ki, şirkətin səhmləri bazar ertəsi 2,4% bahalaşıb. Onların qiyməti ilk dəfə 138 dollardan yuxarı qalxıb.

Ən sərfəli kredit üçün müraciət et

“MarketWatch” nəşrinin məlumatına görə, şirkətin bazar dəyəri 3,31 trilyon dollara, “Microsoft”un kapitallaşması isə 3,12 trilyon dollara çatıb. “Apple” şirkəti isə 3,52 trilyon dollar kapitallaşmaya malikdir.

Qeyd edək ki, ilin əvvəlindən “Nvidia” birja kotirovkaları süni intellekt texnologiyalarının populyarlığı və yeni “Blackwell” çiplərinin satışı ilə bağlı yüksək gözləntilər sayəsində 2,8 dəfə artıb.