“Nvidia” gəlirini 2,2 dəfə artırıb | Banco.az

“Nvidia” gəlirini 2,2 dəfə artırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Amerika qrafik prosessor istehsalçısı “Nvidia” ikinci maliyyə rübündə gəlirini 2,2 dəfə, mənfəətini 2,6 dəfə artırıb.

Banco.az xəbər verir ki, bununla belə, son iki il ərzində süni intellekt texnologiyalarının populyarlığı fonunda kəskin bahalaşan şirkətin səhmləri mənfəətin dərcindən sonra ucuzlaşıb.

Analitiklərin fikrincə, bu rüblük ifadədə əsas maliyyə göstəricilərinin artımının ləngiməsi ilə bağlı ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, iyulun 28-də başa çatan maliyyə rübündə gəlir əvvəlki maliyyə ilinin eyni dövründəki 13,51 milyard dollara qarşı 30,04 milyard dollar təşkil edib.

Şirkətin proqnozuna görə, üçüncü maliyyə rübündə onun gəliri təxminən 32,5 milyard dollar olacaq.

Qeyd edək ki, “Nvidia” səhmləri çərşənbə günü əlavə hərraclarda 6,9% ucuzlaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 2,5 dəfə artaraq 3,16 trilyon dollara çatıb və hazırda bu göstərici ilə yalnız “Apple”dan sonra ikinci yerdədir.

Ən sərfəli krediti almaq üçün müraciət et