Nvidia Arm-dakı payını 44% azaltdı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Nvidia Arm-dakı payını 44% azaltdı

Müəllif - Eldar Kərimov/Banco.az

Amerikanın Nvidia Corp. şirkəti Böyük Britaniyanın çip arxitekturası hazırlayan Arm şirkətindəki payını 44% azaldıb. Bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) saytındakı sənədlərdə qeyd olunub.

Dekabr ayının sonuna olan məlumata görə, Nvidia Arm-da 1,1 milyon səhmə sahib olub, halbuki əvvəlki rübdə bu göstərici 1,96 milyon idi.

Bundan əlavə, Nvidia süni intellekt sahəsində fəaliyyət göstərən SoundHound şirkətindəki bütün payını satıb və Çinin WeRide pilotsuz idarəetmə texnologiyaları hazırlayan şirkətinin 256 milyon tədavüldə olan səhmlərindən 1,7 milyonunu alıb.

Cümə günü keçirilən ticarət sessiyalarında Arm-ın ABŞ depozitari səhm (ADR) qiymətləri 4,8% ucuzlaşıb, WeRide səhmləri isə 78,2% bahalaşıb. SoundHound şirkətinin səhmləri isə 25,7% dəyər itirib.