“Nvidia” “Apple”ı geridə qoyaraq dünyanın ikinci ən dəyərli şirkəti oldu | Banco.az

“Nvidia” “Apple”ı geridə qoyaraq dünyanın ikinci ən dəyərli şirkəti oldu

Müəllif:Ayşən İmanova/Banco.az

Çip istehsalçısı “Nvidia”nın kapitallaşması tarixdə ilk dəfə olaraq 3 trilyon dolları keçərək “Apple”ı geridə qoydu.

Banco.az xəbər verir ki, “Nvidia” indi dünyanın ən dəyərli şirkətləri siyahısında “Microsoft”dan sonra ikinci yerdədir.

Çərşənbə günü “Nasdaq” birjasında ticarətdən sonra “Nvidia”nın səhmləri 5,16% artaraq 1224,4 dollara çatıb ki, bu da çip istehsalçısının bazar dəyərini 3,012 trilyon dollara çatdırıb. “Apple” səhmləri isə 0,78% artaraq 195,87 dollara yüksəlib və kapitallaşması 3,003 trilyon dollar təşkil edib. 

Hazırda dünyanın ən dəyərli şirkəti “Microsoft”dur, onun bazar dəyəri 3,151 trilyon dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et