Nürburqrinqdə Mercedes-AMG 45 unikal konsepti nümayiş olundu | Banco.az

Nürburqrinqdə Mercedes-AMG 45 unikal konsepti nümayiş olundu

Nürburqrinqdə “Mercedes-AMG 45” konseptual idman modeli nümayiş etdirilib. Avtomobil, kuzova daha aqressiv  görünüş verən parlaq kamuflyaja sahib olub.

Alman şirkəti bu günə qədər yeniliyi sirr kimi saxlayır, lakin bu, “Mercedes-AMG 45”in qarşıdan gələn yarışlara qatılmasına mane olmayıb. Kamuflyajdan istifadə qarşıdan gələn təqdimat çərçivəsində, əldə edilən dəyişiklikləri ictimaiyyətdən gizlətmək üçündür. Lakin, buna baxmayaraq, ekspertlər aşkar ediblər ki, yenilik, genişlənmiş radiator barmaqlığı və təkmilləşdirilmiş eqzoz sistemi ilə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

Texniki məlumatlara gəldikdə, bir qədər əvvəl “Mercedes-AMG 45”in qüvvəsi 416 at gücü olan 2 litrlik turbo mühərrik vasitəsilə işə salınacağı bildirilmişdi.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et