Noyabrın 1-dən icbari avtosığorta məhsulları onlayn rejimdə satılacaq | Banco.az

Noyabrın 1-dən icbari avtosığorta məhsulları onlayn rejimdə satılacaq

Azərbaycan İcbari Sığorta Bürosu (İSB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart və sərhəd sığorta müqavilələrinin elektron sənəd formasında bağlanılması ilə əlaqədar olaraq hazırlıq işlərini başa çatdırıb. “Report” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında İSB-nin icraçı direktoru Elxan Quliyev bildirib.

Onun sözlərinə görə, bu məqsədlə avqust ayından Büronun üzvü olan sığorta şirkətlərinə lazımi veb-servislər təqdim olunub, informasiya sisteminin proqram təminatına dəyişiklik edilib. Noyabrın 1-dən sistem icbari avtosığorta məhsullarının onlayn rejimdə satılmasına imkan verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, E.Quliyev qeyd edib ki, noyabrın 1-nə qədər satılmış kağız daşıyıcılarında olan sığorta məhsulları müqavilə müddətinin sonuna qədər qüvvədə olacaq və onların əvəz edilməsinə ehtiyac yoxdur.

Mənbə: Report.az