Noyabrda rublu nə gözləyir? Analitik şərh etdi | Banco.az

Noyabrda rublu nə gözləyir? Analitik şərh etdi

 Bir ay əvvəl Rusiyada rublun məzənnəsi bir dollar üçün 100 rubl olan “təhlükəli” səviyyədən aşağı düşdü. Son məlumatlara görə, noyabrın 10-da bir dollar 92 rubl səviyyəsində qərarlaşıb.

Moskva birjasında hərracların açılışında dollar/rubl məzənnəsi əvvəlki hərracların bağlanış səviyyəsi ilə müqayisədə 8,25 qəpik artaraq 91,7 rubl təşkil edib.

 Birja treyderləri və maliyyə analitikləri hesab edir ki, rublun möhkəmlənməsinin əsas səbəblərindən biri də bir sıra ixracatçı şirkətlərin valyuta gəlirlərini məcburi şəkildə satması hesabına mümkün olub. Daha bir səbəb isə Rusiya Bankının əsas faiz dərəcəsini 2 faiz bəndi kəskin artırması oldu. 

İqtisadçı, “BKF Bank”ın analitik departamentinin rəhbəri Maksim Osadçi bildirib ki, rublun möhkəmlənməsinə Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi də təsir edib:

“İranın münaqişəyə girməsi riskləri və bunun nəticəsində dünya neft nəqlinin əhəmiyyətli hissəsinin keçdiyi Hörmüz boğazının blokadaya düşmə təhlükəsi neftin qiymətinin artmasına səbəb olub. Oktyabrın 27-də Mərkəzi Bankın monetar siyasətinin daha da sərtləşdirilməsi nəticəsində rublun məzənnəsi bir qədər də möhkəmləmdi. Nəticədə, Rusiya neftinin Çin, Hindistan və Türkiyəyə ixracı da genişləndi. Çünki, bu ölkələr Rusiya neftinin qiyməti ilə bağlı Qərbin bir barel üçün müəyyən etdiyi 60 dollar tavanına da məhəl qoymurlar. Nəticədə oktyabrda ixrac edilən Rusiya neftinin orta qiyməti bir barel üçün 80 dolları ötüb”.

Eskpert qeyd edib ki, rublun əsas məzənnə fonunda möhkəmlənməsi daşınmaz əmlak sektorunun da canlanmasına təsir edib. Osadçi hesab edir ki, Rusiyaya valyuta axınının çoxalması spekulyativ kapital sayılsa da, yenə də rublun möhkəmlənməsinə kömək edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Müsbət dinamika müşahidə edilsə də, rublun əksinə işləyən amillər nəticəsində vəziyyət dəyişə də bilər:

“Ümumiyyətlə, Qəzza zolağında gərginliyin azaldılması və neftin ucuzlaşması rublu devalvasiya yoluna qaytara bilər. Ukraynada davam edən geosiyasi münaqişə rublun zəifləməsinə səbəb olan əsas amildir. Qeyri-rezidentlərin Rusiyadan köçü davam edir, onların xaricə aktivlərini çıxarması da rublun əksinə işləyir.Son 20 il ərzində rublun məzənnə qrafikinə baxsanız, hər güclü şokdan sonra (2008-2009 və 2014-2015-ci illərin böhranları, 2022-ci ilin fevral-mart geosiyasi şoku), rublun nəzərəçarpacaq dərəcədə zəifləməsi ilə müşayiət olunduğunu görə bilərik. Yəni,  istər-istəməz, tezliklə yeni bir şok gəlib  Rusiyada dollarI yeni zirvələrə yüksəldə, ya da əksinə aşağı sala bilər. Şübhəsiz, dolların məzənnəsini artıq iki dəfə 100 rubl səviyyəsində görmüşüksə, üçüncü dəfə də görə bilərik”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram