Noyabrda qlobal neft hasilatı artıb | Banco.az

Noyabrda qlobal neft hasilatı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

OPEC ötən ay qlobal neft hasilatının artdığını açıqlayıb.

Banco.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) qlobal neft hasilatının noyabr ayında əvvəlki ayla müqayisədə gündəlik 43 min barel artaraq təxminən 101 milyon 500 min barelə çatdığını bildirib.

OPEC-in aylıq neft bazarı hesabatına görə, qrupun gündəlik xam neft hasilatı isə sözügedən dövrdə əvvəlki aya nəzərən 744 min barel azalaraq 28 milyon 830 min barel olub.

OPEC-in qlobal neft hasilatındakı payı da 28,4 faiz olaraq qeydə alınıb.

Bu dövrdə OPEC-də xam neft hasilatı ən çox Nigeriyada artıb. Xam neft hasilatının ən çox azaldığı ölkə isə Səudiyyə Ərəbistanı olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hesabata görə, bu il qlobal neft tələbinin 99 milyon 560 min barelə çatacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et