Noyabrda ölkə bankların aktivləri cüzi artıb | Banco.az

Noyabrda ölkə bankların aktivləri cüzi artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin 11 ayında ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 46,172.5 mln. manat, cəmi öhdəlikləri 40,160.4 mln. manat, balans kapitalı 6,012.1 mln. manat olub.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, noyabr ayında bankların cəmi aktivləri və balans kapitalı müvafiq olaraq 0.1% və 1.7% artıb, сəmi öhdəlikləri isə 0.2% azalıb.

2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə bankların aktivləri 1,5%, cəmi öhdəlikləri 0,5%, balans kapitalı isə 8,9% artıb.

Belə ki, ötən ilin eyni dövründə fəaliyyətdə olan bankların cəmi aktivləri 45,490.2 mln. manat, cəmi öhdəlikləri 39,970.3 mln. manat, balans kapitalı 5,519.9 mln. manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram