Novruz ərəfəsində PAŞA Bankdan sahibkarlara xüsusi təklif və hədiyyələr | Banco.az

Novruz ərəfəsində PAŞA Bankdan sahibkarlara xüsusi təklif və hədiyyələr

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank kiçik və orta biznes sahibləri üçün Novruz bayramına özəl kampaniyaya start verir. 31 mart 2021-ci il tarixinədək keçiriləcək kampaniya çərçivəsində sahibkarlar, məbləğindən asılı olmayaraq “Onlayn biznes krediti”-ni illik 16.5% ilə, “Onlayn biznes kredit xətti”-ni illik 17% olmaqla 12 ay müddətinə rəsmiləşdirə bilərlər. Sahibkarlara biznes kreditlərini girovsuz, Banka gəlmədən və tamamilə onlayn əldə etmə imkanı təklif olunur.

Bundan əlavə qeyd olunan müddət ərzində PAŞA Bankın biznes kreditlərindən yararlanan müştərilərə hədiyyə seçimi də təklif olunur. Belə ki, kampaniyada iştirak edən sahibkarlar “Umico” balanslarına 100 AZN bonus və ya 1 illik korporativ Miles&Smiles kartını hədiyyə olaraq seçə bilərlər.

Kredit xəttinin əsas üstünlüyü istifadə olunan məbləği geri ödədikdən sonra bu məbləğdən təkrar istifadə etmək imkanıdır. Hər dəfə vəsait lazım olduqda yenidən müraciət etməyə ehtiyac qalmır. Kredit xəttindən biznesin cari xərclərini qarşılamaq və ya biznesin inkişafı üçün istifadə etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün bildirək ki, PAŞA Bankda hesabı olmayan şirkətlər həmçinin onlayn kredit xətti üzrə müraciət edə bilərlər. Bunun üçün xidmət aldıqları bankdan hesabdan çıxarış təqdim etmələri kifayətdir.

Ətraflı məlumat üçün keçid: sme.pashabank.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et