Kanadanın Toronto şəhərində fəaliyyət göstərən dizayn studiosu “Aprilli”-nin “Sürücüsüz səyahət suiti” konsepsiyası bir otel otağının rahatlığı ilə sürücüsüz sürüş gücünü birləşdirir.
Həmçinin oxu: Texnoloji alətlərdən istifadəni qadağan edən OTEL
Hava limanlarında təhlükəsizlik nəzarətindən keçərkən və ya təyyarənin qalxma saatını gözləyərkən çox vaxt itiririk. Bununla yanaşı evdən çıxıb hava limanına getmək və ya təyyarədən enib gedəcəyimiz destinasiyaya çatmaq üçün də həmçinin tıxacda vaxt itiririk. Bütün bu dəyərli vaxtlara Toronto mərkəzli dizayn studiosu “Aprilli”-nin yeni həll yolu ilə qənaət edilə bilər. Şirkətin “Sürücüsüz səyahət suiti” konsepsiyası bir otel otağının rahatlığı ilə sürücüsüz sürüş gücünü birləşdirir. Bunu, içində yata biləcəyiniz, yemək yeyə biləcəyiniz və işləyə biləcəyiniz olduqca dəbdəbəli avtomobil kimi düşünə bilərsiniz.
Sürücüsüz avtomobil təməl yuxu, işləmə və hamam xüsusiyyətlərinə sahib tam təchiz olunmuş bir nəqliyyat xidməti təqdim edir. Beləliklə qonaqlar səyahət müddətini daha effektiv və məhsuldar bir şəkildə keçirə bilərlər. Bu otellər mobil tətbiqlər vasitəsilə çağırılır.
Sürücüsüz otellər sabit otaqlarla əlaqələndirilə bilir
Bu yeni konsepsiyanı tanıdan bir videoda sürücüsüz kabinetin dairə şəklində bir otelə daxil olaraq otaqlardan biri ilə əlaqələndiyini görə biləsiniz. Beləliklə də kiçik səyahət suitiniz daha çox xüsusiyyətləri olan, böyük bir otel otağının bir parçasına çevrilir. Bunun isə çox iddialı bir konsepsiya olduğunu deməyə, yəqin ki, ehtiyac yoxdur. Çünki sürücüsüz avtomobillərin sürücülərlə eyni yolda necə səyahət edəcəyi belə mübahisə doğurur.
Həmçinin oxu: Dünyanın ilk 5 ulduzlu YERALTI OTELİ inşa edilib - FOTOLAR
Tamara Mustafayeva, Banco.az