Müəllif:Gülbəniz Hüseynli/Banco.az
1 fevral 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Banco.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, hərracda tələb 78,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, 30 yanvar 2024-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 64,2 milyon ABŞ dolları təşkil edib. 2024-cü ilin əvvəlindən bu yana keçirilən 8 valyuta hərracında banklara cəmi 495,8 milyon dollar satılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!