Növbəti il Azərbaycanda 75 milyard manatlıq ÜDM proqnozlaşdırılır | Banco.az

Növbəti il Azərbaycanda 75 milyard manatlıq ÜDM proqnozlaşdırılır

2021-ci ildə Azərbaycanda 75,4 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal ediləcəyi gözlənilir.

Maliyyə Nazirliyinin məlumatına görə, bunun 31,8 milyard manatlıq hissə xidmət, 25 milyard manatlıq hissəsi sənaye,  5,7 milyard manatlıq hissəsi tikinti, 5,6 milyard manatlıq hissəsi isə kənd təsərrüfatı sektorlarında istehsal olunacaq, məhsula    və idxala    xalis    vergilər isə  7,3 milyard  manat  təşkil edəcək.

Sənayenin qeyri-neft sektorunda 8,1%, neft  sektorunda  isə 3%  artım  gözlənilir. Pandemiyadan  zərər  çəkmiş  sahibkarlıq subyektlərinədövlət dəstəyinin göstərilməsi, vergi güzəştləri vəeləcədəgüzəştli kreditlərəçıxış imkanlarının  genişləndirilməsi,    o    cümlədən    bu    istiqamətdəplanlaşdırılan  tədbirlərin reallaşdırılması  vəreal  sektorda  iqtisadi  aktivliyin  yenidən əvvəlki səviyyədəbərpa  edilməsi nəticəsində ortamüddətli  dövr  üzrə ən  yüksək real artım turizm və informasiya-rabitə sektorları üzrə proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et