Növbəti iki bank “Mir” kartlarından imtina edib | Banco.az

Növbəti iki bank “Mir” kartlarından imtina edib

Müəllif - Aida İsaq, Banco.az

Qırğızıstanın daha iki bankı "Bai Tuşum" və "Optima Bank" Rusiyanın "Mir" kartları ilə xidmət göstərməyi dayandırıb. 

Banco.az xəbər verir ki, artıq ölkədəki 23 bankdan 9-u “Mir” kartları ilə xidmət göstərmir. Özbəkistan da öz növbəsində oxşar risklər səbəbindən Rusiyanın “Mir” ödəniş sisteminin fəaliyyətini bərpa etməkdən imtina edib. Oxşar qərar Ermənistan, Qazaxıstan və Vyetnamın bir sıra bankları tərəfindən də qəbul edilib.

Sentyabrın əvvəlində ABŞ Rusiyanın “Mir” ödəniş sisteminin kartlarının Rusiyadan kənarda istifadəsi dəstəkləndiyi haıda sanksiyalar tətbiq edəcəyini vurğulamışdı. Bunun fonunda sentyabrın 19-da Türkiyənin “İş Bankası” və “DenizBank” bankları öz bankomat və məntəqələrində kartlara xidmət göstərməkdən imtina ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et