Növbəti Dünya İqtisadi Forumunun vaxtı dəyişdirilib | Banco.az

Növbəti Dünya İqtisadi Forumunun vaxtı dəyişdirilib

Koronavirus pandemiyası səbəbilə İsveçrənin Davos şəhərində gələn il yanvarın 17-21-də keçirilməli olan Dünya İqtisadi Forumunun vaxtı dəyişdirilib.

Təşkilatçılar hazırda virusa yoluxmaların artması fonunda insanların şəxsən bir araya gəldiyi beynəlxalq tədbirin keçirilməsinin olduqca çətinləşdiyini bəyan ediblər. Verilən məlumata görə, hər ilin yanvar ayında baş tutan tədbir gələn il yay mövsümünün əvvəlində keçiriləcəkdir.

Qeyd edilməlidir ki, Davos Forumu yüksək ranqlı siyasət, elm, iqtisadiyyat və media mənsublarının bir araya gəldiyi, cəmiyyəti və iqtisadi dairələri maraqlandıran qlobal mövzularda müzakirələrin aparıldığı beynəlxalq tədbir kimi böyük nüfuza malikdir.

2021-ci ildə Dünya İqtisadi Forumunun vaxtı əvvəlcə təxirə salınmış, əvvəlcə mayda, daha sonra isə avqust ayında Sinqapurda keçiriləcəyi elan edilmişdi. Nəhayət, yoluxmaların artımını nəzərə alaraq birbaşa iştirak əsasında forumun keçirilməsindən imtina edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et