Növbəti depozit hərracı keçiriləcək - MƏBLƏĞ | Banco.az

Növbəti depozit hərracı keçiriləcək - MƏBLƏĞ

25 Noyabr 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

Hibrid hərrac vasitəsilə 150 milyon manat cəlb edilməsi nəzərdə tutulur. 

Müddət 14 gün, faiz dərəcəsi: 6,01% - 7,74%-dir.

SON 2 HƏRRACDA TƏLƏB 600 MİLYON MANATDAN YÜKSƏK OLUB

Xatırladaq ki, 18.11.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 605 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi. 

12.11.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 663.7 milyon manat təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi.

marja