Növbəti depozit hərracı keçiriləcək - MƏBLƏĞ | Banco.az

Növbəti depozit hərracı keçiriləcək - MƏBLƏĞ

18 Noyabr 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

Hibrid hərrac vasitəsilə 100 milyon manat cəlb edilməsi nəzərdə tutulur. 

Müddət 14 gün, faiz dərəcəsi: 6,01% - 7,74%-dir.

TƏLƏB 500 MİLYON MANATDAN YÜKSƏKDİR

Xatırladaq ki, 12.11.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 663.7 milyon manat təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

04.11.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 558.7 milyon manat təşkil etmişdi. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi.

28.10.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 678.3 milyon manat təşkil etmişdi. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et