07 oktyabr 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.
Hibrid hərrac vasitəsilə 100 milyon manatın cəlb edilməsi nəzərdə tutulur.
Müddət 14 gün, faiz dərəcəsi 6,26% - 7,99 %-dir.
Xəbər verdiyimiz kimi, 30.09.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 389.6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir.
Marja