"Növbəti bank böhranı daha kəskin olacaq" | Banco.az

"Növbəti bank böhranı daha kəskin olacaq"

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya iqtisadiyyatında bazarlarların volatilliyi yüksək olduğu üçün investorlar qarşıdakı yolu görə bilmir.

Banco.az xəbər verir ki, dünya şöhrətli investor Cim Rocers qeyri-müəyyənlik mühiti və bu mühitdə investorların nə edə biləcəyi ilə bağlı qiymətləndirmələr edib.

Dünyanın bir çox problemi olduğuna diqqət çəkən Rocers, "Müharibə, inflyasiya və bir çox şey... İqtisadiyyat ölüb. Daha çox inflyasiyaya doğru gedirik. Mərkəzi banklar bunu dayandırmağa çalışır, lakin nəticələr çox da yaxşı deyil. Çünki bazarlarda hələ də volatillik hökm sürür”, deyə fikrini əsaslandırıb.

Rocers pul siyasətlərindəki qeyri-müəyyənliyin gələcəkdə də davam edəcəyini proqnozlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Rocers qlobal bank böhranı ilə bağlı fikirlərini də bölüşüb. O, hazırda vəziyyətin ciddi olduğunu, ancaq növbəti bank böhranının daha kəskin xarakter daşıya biləcəyini söyləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et