"Novartis"dən 10 milyard dollarlıq satınalma | Banco.az

"Novartis"dən 10 milyard dollarlıq satınalma

İsveçrənin dərman istehsalçısı "Novartis AG" şirkəti, ABŞ-ın biotexnologiya şirkəti "The Medicines Co"nu 9,7 milyard dollar qarşılığında satın alır.

"Novartis", "The Medicines"i satın alaraq dərman portfelini böyütməyi hədəfləyir.  

Satınalma əməliyyatının 2020-ci ilin ilk rübündə tamamlanmasını gözləyən "Novartis", "The Medicines"in şirkətin satışlarına təsirinin 2021-də görüləcəyini qeyd edib.

marja