Müəllif: Tamara Mustafayeva, Banco.az
Norveçin 1,7 trilyon dollarlıq sərvət fondu "Meta Platforms Inc", "Novo Nordisk A/S" və "ASML Holding NV" şirkətlərindəki paylarını azaldıb.
Banco.az xəbər verir ki, sərvət fondunu idarə edən "Norges Bank Investment Management"in məlumatına görə, ilin ortasında fondun "Meta"dakı səhmlərinin nisbəti 1,22 faizdən 1,18 faizə qədər azalıb.
Fond dekabrın 31-də 1,87 faiz olan "Novo"dakı payını ilin ortasında 1,75 faizə endirib. Onun "ASML"dəki payı da eyni dövrdə 2,61 faizdən 2,54 faizə qədər azalıb.
Qeyd edək ki, fond ənənəvi olaraq öz portfelinin məzmunu ilə bağlı illik yeniləmə təqdim edirdi, lakin indi bunu ildə iki dəfə edəcək. İyunun sonunda "Apple", "Microsoft" və "Nvidia" fondun səhmlərinə ən çox investisiya yatırdığı şirkətlər olub.
Çərşənbə günü birinci yarımillik nəticələrini açıqlaması planlaşdırılan fond iyunun sonunda dünya üzrə 8800-dən çox şirkətin səhmlərinə sahibdir və onun bütün investisiyalarının 72 faizi səhmlərə, təxminən 26 faizi isə sabit gəlirə aiddir.
Bizi sosial şəbəkələrdən izləyin!!