Norveçin neft fondu ilk yarımillikdə rekord gəlir əldə edib | Banco.az

Norveçin neft fondu ilk yarımillikdə rekord gəlir əldə edib

Bu ilin yanvar-iyun ayları ərzində Norveç Dövlət Pensiya Fondunun (NDPF) aktivlərinin ümumi həcmi 499 mlrd. kron və ya 63 mlrd. ABŞ dolları artım göstərib.

"Report" bildirir ki, ölkənin neft gəlirləri əsasında formalaşmış müstəqil investisiya fondu olan NDPF ilk yarımildə 6,5% gəlirlilik göstərərək tarixi rekord əldə edib. Fondun aktivlərini idarə edən Mərkəzi Bankın investisiya şirkəti - "Norges Bank Investment Management"in sədr müavini Trond Qrande (Trond Grande) qeyd edib ki, fond birjaları 2017-ci ildə xüsusilə yaxşı göstərici nümayiş etdirib və bu səbəbdən də NDPF-in gəlirləri milli valyuta ekvivalentində tarixin ən yaxşı yarımillik göstəricisinə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Fondun aktivlərinin həcmi II rübün sonuna 8 trln. kron və ya 1 trln. ABŞ dolları həddini ötüb. Fondun aktivlərinin 65,1%-i səhmlərdə, 32,4%-i istiqrazlarda, 2,5%-i isə daşınmaz əmlaka yatırılıb. İlk yarımildə Norveç hökuməti Fonddan 40 mlrd. kron və ya təxminən 5 mlrd. dollar götürüb. İlk dəfə hökumət keçən il Fonddan vəsait (105 mlrd. kron və ya 13 mlrd. dollar) cəlb edib və bunu büdcə kəsirinin örtülməsinə sərf edib. 

Qeyd edək ki, bu günə NDPF-nin aktivləri 972 mlrd. dollara bərabərdir və bu, adambaşına 181 min dollar deməkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et