Norveçin ən böyük bankı İsveçin "Karnegi" bankını satın alır | Banco.az

Norveçin ən böyük bankı İsveçin "Karnegi" bankını satın alır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Norveçin ən böyük bankı “DNB” İsveçin “Karnegi” bankını satın alır.

Banco.az xəbər verir ki, Norveçin ən böyük bankı “DNB” İsveçdə yerləşən investisiya bankı və aktiv meneceri “Karnegi”nin 12 milyard İsveç kronuna (1,14 milyard dollar) alınması ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.

“DNB”nin verdiyi açıqlamada “Karnegi”nin özəl kapital şirkəti “Altor” və onun minoritar səhmdarlarından təxminən 12 milyard İsveç kronuna (1,14 milyard dollar) alınacağı bildirilib.

Nəğd alışın lazımi icazələr alındıqdan sonra gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, təxminən 850 işçisi olan “Karnegi”nin 30 sentyabr tarixinə olan məlumata görə, 436 milyard İsveç kronu (41,4 milyard dollar) aktivləri vardı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram