Norveçdə morju narahat edən turist cərimələnib | Banco.az

Norveçdə morju narahat edən turist cərimələnib

Müəllif:Ayşən İmanova/Banco.az

Norveçin vəhşi təbiətin qorunduğu arxipelaqı Svalbardda bir turist morja çox yaxınlaşdığı üçün 1,1 min dollar cərimə olunub.

Banco.az xəbər verir ki, bu barədə regionun qubernatorunun saytında məlumat verilib.

Svalbard arxipelaqının Lonqyearben kəndində polşalı turist buz yığınının üzərinə çıxaraq dincələn heyvana yaxınlaşıb. Foto çəkdirmək istədiyi iddia edilən turist heyvanları lazımsız şəkildə narahat etməyi qadağan edən yerli ekoloji qanunu pozub.

Məlumata görə, hadisə nəticəsində turist Svalbard Ətraf Mühit Qanununun 73-cü bəndinin ikinci abzasının pozduğuna görə 12,5 min Norveç kronu (1,13 min dollar) məbləğində cərimələnib.

Arxipelaq polisi xəbərdarlıq edib ki, bu cür hərəkətlər təkcə yerli qanunları pozmur, həm də sakinlər üçün təhlükə yarada bilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Svalbarddakı morjlar 1952-ci ildən mühafizə olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et