Müəllif: Tamara Mustafayeva, Banco.az
Norveçdə işsizlik səviyyəsi ötən 14 ilin ən aşağı səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, Norveç Əmək və Rifah Administrasiyasının cümə günü verdiyi məlumata görə, yanvar ayı üzrə mövsümi düzəliş edilmiş işsizlik nisbəti dekabr ayında proqnozlaşdıran 1.7%-dən 1.6%-ə enib.
Bu isə 2008-ci ilin iyul ayında qeydə alınan ən aşağı səviyyəyə uyğundur.
Qeyd edək ki, Norveçdə əmək bazarının dayanıqlılığı qalıq yanacaqla zəngin ölkə iqtisadiyyatının bu il mərkəzi bankın gözlədiyindən daha zəif tənəzzüllə üzləşə biləcəyini göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!