Norveçdə elektromobillərin sayı benzinlə işləyən avtomobillərin sayını keçib | Banco.az

Norveçdə elektromobillərin sayı benzinlə işləyən avtomobillərin sayını keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropanın neft və təbii qazla zəngin ölkəsi Norveçdə elektrikli nəqliyyat vasitələrinin sayı benzinlə işləyən vasitələrin sayını keçib.

Banco.az xəbər verir ki, Norveç Yol Hərəkəti İnformasiya Şurasının açıqladığı məlumatlara görə, ölkədə qeydiyyatda olan 2,8 milyon minik avtomobilindən 754 min 303-ü elektrik, 753 min 905-i isə benzinlə işləyən avtomobillərdir.

Qeyd edək ki, Norveç gündəlik 4 milyon barel ekvivalent neft hasilatı ilə Avropanın ən böyük neft və təbii qaz istehsalçısıdır. Ölkə 2030-cu ildə karbon neytral olmağı hədəfləsə də, bu il rekord səviyyədə neft və təbii qaz sərmayəsinin qoyulduğu Norveçdə bu sahəyə investisiyaların 2025-ci ildə güclü qalacağı gözlənilir.

Buna baxmayaraq, Norveçdə elektromobillərə maraq kifayət qədər yüksəkdir. Həmçinin 2030-cu ilə qədər Norveç yollarında 3,1 milyon elektrik avtomobilinin olacağı proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Ölkədə elektromobil alqı-satqısı üçün vergi güzəştləri tətbiq edilərkən, eyni zamanda elektrik avtomobil sahiblərinin bir çox yerdə pulsuz şarj imkanları var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram