Müəllif: Tamara Mustafayeva, Banco.az
Norveçdə elektrik avtomobillərinin sayı benzinlə işləyən avtomobilləri ötüb.
Banco.az xəbər verir ki, Norveç Yol Federasiyasının (OFV) verdiyi açıqlamada 16 sentyabr tarixinə olan məlumata görə, ölkədə qeydiyyatda olan 2,8 milyon şəxsi avtomobildən 754 min 303-nün tam elektrik, 753 min 905-nin isə benzinlə olduğu bildirilib.
Açıqlamada həmçinin ölkədə dizellə işləyən avtomobillərin sayının azalmağa davam etdiyi bildirilib.
"Tarixi dəyişiklik: İndi Norveç yollarında benzinlə işləyən avtomobillərdən daha çox elektrik avtomobilləri var”, - açıqlamada deyilir.
Digər tərəfdən, OFV hesablamalarına görə, ölkədə şəxsi avtomobillərin sayı 2030-cu ilə qədər 2,8 milyondan 3,1 milyona yüksələcək.
Bizi sosial şəbəkələrdən izləyin!!