Müəllif:Ayşən İmanova/Banco.az
Norveç hökuməti Ukrayna hərbi dəniz qüvvələrini gücləndirmək üçün 2,7 milyard Norveç kronu (242,3 milyon dollar) ayıracaq.
Banco.az xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında dərc edilmiş məlumatda deyilir.
Qeyd olunur ki, maliyyə paketi hökumət tərəfindən təsdiqlənib və müdafiə konsernlərindən alınmış və ya Norveç ordusunun sərəncamında olan texnikanın tədarükünü nəzərdə tutur.
Bundan əlavə, Rumıniyadakı təlim mərkəzində Ukrayna Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin hazırlanması üçün 130 milyon kron (11,6 milyon dollar) ayrılıb. Norveç həmçinin Ukrayna üçün kiçik gəmilərin alınmasına 150 milyon kron (13,4 milyon dollar) yönəltməyi planlaşdırır.