Müəllif:Ayşən İmanova/Banco.az
Norveç Ukrayna ordusu üçün pilotsuz uçuş aparatları (PUA) və hava hücumundan müdafiə (HHM) sistemlərinin alınması məqsədilə Ukrayna üçün Beynəlxalq Fonda 570 milyon kron (48,28 milyon avro) ianə edəcək.
Banco.az xəbər verir ki, bu barədə Norveç hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ukrayna ölkə əhalisini və mühüm infrastrukturu Rusiyanın hücumlarından qorumaq, Rusiya ilə müharibəni davam etdirmək üçün daha çox HHM sistemləri və PUA-lar alacaq.
“Ukraynanın Rusiyanın hərbi təcavüzündən qorunmaq üçün təcili olaraq daha çox hərbi texnikaya ehtiyacı var. Digər ölkələrlə birlikdə Norveç bu işə öz töhfəsini vermək üçün əlindən gələni edəcək”, - ölkənin müdafiə naziri Byorn Arild Qram bildirib.
Qeyd edək ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Norveç fonda ümumilikdə 1,8 milyard kron (təxminən 160 milyon avro) vəsait köçürüb.
Bizi sosial şəbəkələrdən izləyin!!