Norveç Sərvət Fondu mənfəətini açıqlayıb | Banco.az

Norveç Sərvət Fondu mənfəətini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Norveç Sərvət Fondu 109 milyard dollar mənfəət əldə edib.

Banco.az xəbər verir ki, bu barədə Norveç Sərvət Fondunun bəyanatında deyilir.

Bəyanatda bildirilib ki, ilin birinci rübündə fondun ümumi investisiya gəliri 6,3 faiz təşkil edib ki, bu da 1,2 trilyon Norveç kronuna (109 milyard dollar) uyğundur.

Bəynanatda həmçinin fondun əsas aktiv sinfi olan Birja portfelinin təxminən 9,1 faiz dəyər qazandığı vurğulanıb. Bununla da, fondun bazar dəyəri 31 mart tarixinə 17,719 trilyon Norveç kronu (1 trilyon 610 milyard dollar) təşkil edib.

Norveç Sərvət Fondu ilin birinci rübündə sabit gəlirli qiymətli kağızlara investisiyalarından 0,4 faiz, siyahıya alınmayan daşınmaz əmlak investisiyalarından isə 0,5 faiz zərər açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, Norveç Sərvət Fondu 1990-cı ildən bəri ölkənin neft və təbii qaz hasilatından əldə etdiyi gəlirlərlə xarici ölkələrin səhmlərinə, istiqrazlarına və daşınmaz əmlak bazarlarına investisiyalar yatırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et