Müəllif: Tamara Mustafayeva, Banco.az
Norveçin suveren sərvət fondu “Credit Suisse”dəki payını təxminən 1 faizə qədər azaldıb.
Banco.az xəbər verir ki, Norveçin suveren sərvət fondu İsveçrənin “Credit Suisse” investisiya bankında 2022-ci ilin sonunda 1,49 faiz olan səhmlərini bu il təxminən 1 faizə endirdiyini açıqlayıb.
Ancaq fond “Credit Suisse” səhmlərini nə vaxt satdığını açıqlamayıb.
Fondun bəyanatında bazardakı vəziyyətin, xüsusilə Şimali Amerika və Avropa bankları ilə bağlı vəziyyətin yaxından izlənildiyi bildirilib.
Xatırladaq ki, ABŞ-da başlayan bank böhranından sonra Avropada da “Credit Suisse” narahatlığı yaranıb. Belə ki, İsveçrədə yerləşən “Credit Suisse” bankının ən böyük səhmdarı olan Səudiyyə Ərəbistanı Milli Bankının kapitallarını artırmayacaqlarını açıqlamasından sonra bankın səhmlərinin qiymətində azalma 20 faizi keçib və satış təzyiqi bütün bazara yayılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!