Norveç Rusiya neftinə qiymət limiti tətbiq edib | Banco.az

Norveç Rusiya neftinə qiymət limiti tətbiq edib

Müəllif - Aida İsaq, Banco.az

Norveç Rusiya neftinin bir bareli üçün 60 dollardan yuxarı qiymət həddini tətbiq edib.

Banco.az xəbər verir ki, bu, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda Moskvanın üçüncü ölkələrə xam neft satışından əldə etdiyi gəliri azaltmaq məqsədi daşıyır. Ölkənin xarici işlər naziri Anniken Huitfeldt bununla Rusiyaya qarşı sanksiyaların tətbiqində Avropa İttifaqı və digər ölkələrlə tərəfdaş olduqlarını bildirib.

Xatırladaq ki, G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) və Avstraliya dekabrın 5-dən etibarən Rusiya neftinin bir bareli üçün 60 dollardan yuxarı qiymət limitinin tətbiq edilməsi barədə razılığa gəliblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et