Norveç Mərkəzi Bankının faiz qərarı proqnozları üstələyib | Banco.az

Norveç Mərkəzi Bankının faiz qərarı proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Norveç Mərkəzi Bankı uçot dərəcəsini gözləniləndən daha çox artırıb.

Banco.az xəbər verir ki, inkişaf etmiş ölkələrin mərkəzi bankları bir-birinin ardınca faiz qərarlarını elan edirlər. İsveçrədən sonra Norveç də sərtləşdirməni davam etdirmək qərarına gəlib.

Belə ki, Norveç Mərkəzi Bankı uçot dərəcəsini 50 baza bəndi artıraraq 3,75 faizə çatdırıb. Bloomberg nəşrinin sorğusunda iştirak edən iqtisadçıların proqnozları faiz dərəcəsinin 3,50 faizə qaldırılacağı istiqamətində idi.

Qərar mətnində avqust ayında faiz dərəcəsini yenidən artırmağın mümkün olduğu vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et