Norveç Mərkəzi Bankı monetar mövqeyini dəyişməyib | Banco.az

Norveç Mərkəzi Bankı monetar mövqeyini dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Norveç Mərkəzi Bankı uçot dərəcəsini 4,50 faiz səviyyəsində saxlayıb.

Banco.az xəbər verir ki, Norveç Mərkəzi Bankı pul siyasətində sərt mövqeyini davam etdirərkən ilk faiz endirimi üçün 2025-ci ilə işarə edib.

Ölkənin rəsmi valyutasl kronun zəifləməsi nəticəsində yaranan inflyasiya riskləri ilə mübarizə aparan mərkəzi bank uçot dərəcəsini 4,50 faiz səviyyəsində saxlayıb. “Bloomberg” nəşrinin sorğusunda da faiz dərəcəsinin bu səviyyədə sabit qalacağı gözlənilirdi.

Xatırladaq ki, hazırkı səviyyə 2008-ci ildən bəri ən yüksək faiz dərəcəsidir.

Rəsmilər ilk faiz endiriminin 2025-ci ilin birinci rübündə həyata keçiriləcəyinə işarə etsələr də, “bir müddət” heç bir dəyişiklik olmayacağını bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et