Müəllif: Tamara Mustafayeva, Banco.az
Norveç dərin dəniz mədənlərinin kommersiya kəşfiyyatı üçün icazə verə bilər.
Banco.az xəbər verir ki, Norveçin Energetika Nazirliyi nadir faydalı qazıntıların çıxarılması üçün ölkənin bəzi dəniz yataqlarında dərin dəniz mədənlərinin kommersiya kəşfiyyatına icazə verəcəyini açıqlayıb.
Bu barədə Norveç Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “yaşıl transformasiya” üçün lazım olan nadir faydalı qazıntıların çıxarılması üçün ölkənin bəzi dəniz yataqlarında kommersiya məqsədli dərin dəniz mədən kəşfiyyatlarına icazə veriləcək.
Qeyd edək ki, dərin dəniz mədən kəşfiyyatlarının ətraf mühitə həssaslıq nəzərə alınmaqla aparılacağı da vurğulanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!