Norveç 2025-ci ildə Ukraynaya yardımı 3 milyard avroya çatdıracaq | Banco.az

Norveç 2025-ci ildə Ukraynaya yardımı 3 milyard avroya çatdıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Norveç hökuməti Ukraynaya yardımın 35 milyard krona (3 milyard avro) artırılmasını təsdiqləyib.

Banco.az xəbər verir ki, bu barədə hökumətin saytında dərc olunan məlumatda deyilir.

"Dəstək proqramının daha üç il müddətinə uzadılması və gələn il Ukraynaya azı 35 milyard kron ayrılması barədə razılıq əldə olunub", - press-relizdə deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilir ki, Kiyevə yardım proqramı 2030-cu ilə qədər uzadılıb.

Bəyanatda həmçinin qeyd olunur ki, bu məbləğin 22,5 milyard kronu hərbi yardıma, qalan 12,5 milyard kronu isə humanitar və mülki yardıma ayrılacaq.

Bundan əvvəl Norveçin baş naziri Yonas Qar Stör bildirib ki, ölkə Ukraynaya dəstək proqramı çərçivəsində yardımı 2024-cü ildəki 27 milyard krondan 30 milyarda çatdırmaq qərarına gəlib.