“Nokia”nın məşhur melodiyasının seçilməsi necə baş verib? | Banco.az

“Nokia”nın məşhur melodiyasının seçilməsi necə baş verib?

Müəllif - Aida İsaq, Banco.az

“Nokia” telefonlarına məxsus məşhur klassik musiqi parçasını yəqin ki, siz də eşitmisiniz.

Banco.az xəbər verir ki, dünyaca məşhur həmin melodiya əslində bütün zamanların sevilən klassik gitara ifaçısı Fransisko Tarreqanın "Qran Vals" kompozisiyasından bir parçadır. Bəs, görəsən “Nokia” bu parçanı seçərək nəyi hədəfləyirdi? 

Məlumatlara görə, şirkətin sözügedən melodiyanın bu qədər məşhurlaşacağı ilə bağlı xüsusi hədəfləri olmayıb. 1993-cü ildə təqdim olunan telefon üçün fərqli və müəlliflik hüququ üçün böyük pullara ehtiyac olmayan bir melodiyaya ehtiyacı var idi. Bu baxımdan, 1909-cu ildə vəfat edən gitaraçı Fransisko Tarreqanın müvafiq əsəri ən uyğun mənbə seçildi. Çünki müəllifin ölümündən 70 il sonra musiqidən istifadə ictimaiyyətə üçün açıq elan edilirdi. Həmin zamanlarda isə Tarreqanın ölümündən 84 il keçmişdi. Brendin axtardığı da məhz bu idi! Uzun illər keçməsinə baxmayaraq şirkətin seçim etdiyi bu musiqi parçası öz məşhurluğu ilə rəqiblərindən heç də geridə qalmır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et