"Nokia"nın 90-cı illərə məxsus unudulmaz modeli geri qayıdır | Banco.az

"Nokia"nın 90-cı illərə məxsus unudulmaz modeli geri qayıdır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Nokia”nın 90-cı illərə məxsus əfsanəvi modeli 3210 geri qayıdır.

Banco.az xəbər verir ki, vaxtilə mobil telefon bazarının lideri olan “Nokia”nın məşhur düyməli modeli 3210 geri qayıdır.

İlk dəfə 1999-cu ildə satışa çıxarılan 3210 ilk satışa çıxarıldığı zaman rəngarəng dizaynı ilə bütün dünyada böyük marağa səbəb olmuşdu.

Məlum olduğu kimi, Finlandiyanın “Nokia” brendi “HMD Global” şirkətinə məxsusdur. Şirkət 3210 modelini bu günün tələblərinə uyğunlaşdırmaq istəyir.

Smartfon kimi təsnif edilməyəcək cihaz 4G bağlantısı, Bluetooth dəstəyi və daha uzun batareya ömrü kimi bugünkü standartlara cavab verən xüsusiyyətlərlə təchiz ediləcək. Modelin keçmiş kraviaturalı dizaynı qorunub saxlanılsa da, arxa tərəfdə 2024-cü ilə uyğun dizayn və köhnə modeldə olmayan arxa kamera olacaq. Arxa tərəfdə “Nokia” loqotipi olsa da, “HMD” aşağı hissəyə öz markasını də əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, mobil telefon “WhatsApp” tətbiqini də dəstəkləyəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et