Finlandiyanın Nokia şirkəti, daha sürətli bağlantı, daha geniş əhatə dairəsi və 5G texnologiyası üçün Avropa İnvestisiya Bankından 500 milyon dollar kredit alıb.
Avropa İnvestisiya Bankının Vitse-prezidenti Aleksandr Stubb, Finlandiyanın Nokia şirkətinə 500 milyon dollar kredit verdiklərini açıqlayıb.
Bank, 2018-in əvvəllərində İsveçin Ericsson şirkətinə 250 milyon avro kredit vermişdi.
Ericsson və Nokia Çinin Huawei şirkətilə birlikdə 5G üzrə araşdırmalar aparırlar.
2025-Ə QƏDƏR DÜNYAYA YAYILACAQ
Ötən ay Nokia ABŞ-ın telekommunikasiya nəhəngi T-Mobile ilə 3 milyard 500 milyon dollarlıq müqavilə bağlayaraq dünyanın ən böyük 5G müqaviləsinə imza atmışdılar. Ekspertlərə görə, 2025-ci ilə qədər dünya miqyasında 1 milyard 200 milyondan artıq insan 5G texnologiyası şəbəkəsinə çıxa biləcək.
Marja.az