“Nokia” smartfonları Avropa bazarını tərk edir | Banco.az

“Nokia” smartfonları Avropa bazarını tərk edir

Müəllif:Ayşən İmanova/Banco.az

“Nokia” brendi altında olan smartfonlar Avropa bazarından yoxa çıxıb.

Banco.az xəbər verir ki, bu barədə “Nokiamob” bloqu məlumat yayıb.

Nəşr qeyd edir ki, brendin hazırkı sahibi, Çinin “HMD Global” şirkəti aktiv rebrendinqə başlayıb və bütün “Nokia”smartfonlarını bir neçə əsas bazarın, o cümlədən Avropanın internet saytlarından yığışdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, “Nokia” telefonları hələ də Asiya, Afrika, Yaxın Şərq, Avstraliya, Yeni Zelandiya və Latın Amerikası daxil olmaqla regional “HMD” mağazalarının veb saytlarında əlçatandır.

Qeyd edək ki, “HMD” 2016-cı ildən telefonları üçün “Nokia” markasından istifadə edir və müqavilə müddəti 2025-ci ildə başa çatır. Çox güman ki, müqavilə bitdikdən sonra “Nokia” brendi altında mobil cihazların istehsalı dayandırılacaq, lakin bu barədə rəsmi məlumat yoxdur.

Ən sərfəli krediti almaq üçün müraciət et