“Nokia” “Infinera”nı 2,3 milyard dollara almağı planlaşdırır | Banco.az

“Nokia” “Infinera”nı 2,3 milyard dollara almağı planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

Finlandiyanın “Nokia” şirkəti ABŞ-nin optik şəbəkə avadanlığı istehsalçısı “Infinera”nı 2,3 milyard dollara almağı planlaşdırır.

Banco.az xəbər verir ki, razılaşma nəticəsində “Nokia”, “Huawei”dən sonra 20% payla optik şəbəkə avadanlıqlarının ikinci tədarükçüsü olacaq.

Bundan əlavə, “Nokia”, “Amazon”, “Alphabet” və “Microsoft” kimi böyük texnoloji şirkətlərə avadanlıq satışını artıra biləcək.

Məlumata görə, “Infinera” bir səhm üçün 6,65 dollar dəyərində olacaq ki, bu da şirkətin son 12 ayda 180 günlük orta səhm qiymətindən 37% yüksəkdir.

Qeyd edilir ki, razılaşmanın bir hissəsi olaraq “Nokia” müqavilənin 70%-ni nağd, qalan hissəsini isə səhmlər şəklində ödəyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et