Müəllif: Tamara Mustafayeva, Banco.az
Smartfonlara keçiddən sonra populyarlığını qoruyub saxlaya bilməyən “Nokia” “Samsung” ilə yeni müqavilə imzalayıb.
Banco.az xəbər verir ki, bu barədə “Nokia” şirkətindən açıqlama verilib.
Bildirilib ki, əvvəlki müqavilənin müddəti 2022-ci ilin sonunda başa çatdıqdan sonra “Samsung” ilə yeni çarpaz lisenziya patent müqaviləsi imzalanıb.
Finlandiyalı şirkət müqavilənin təfərrüatlarının hazırkı mərhələdə məxfi olduğunu vurğulayıb və qeyd edib ki, “Samsung” 2023-cü il yanvarın 1-dən çoxillik müddət üçün “Nokia”ya ödəniş edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!