Nobel mükafatı laureatı iqtisadçı inflyasiya ilə bağlı xəbərdarlıq edib | Banco.az

Nobel mükafatı laureatı iqtisadçı inflyasiya ilə bağlı xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Pol Kruqman bazarların inflyasiyanı çox erkən unutduğunu və bu vəziyyətdən narahatlıq duyduğunu bildirib.

Banco.az xəbər verir ki, Nobel mükafatlı iqtisadçı Pol Kruqman Bloomberg nəşrinə müsahibəsində inflyasiya ilə bağlı bir sıra xəbərdarlıqlar edib.

Nyu-York Şəhər Universitetində dosent kimi fəaliyyət göstərən iqtisadçı fikirlərini belə ifadə edib:

“Bazarlarda inflyasiyanın geridə qaldığını düşündürən proqnozlar verilir. İnflyasiya sürətlə azalsa da, hələ də əsaslı dərəcədə qeyri-müəyyənlik mövcuddur. Maliyyə bazarlarında inflyasiya təhlükəsinin sona çatması ilə bağlı belə bir təsəvvür yaranarsa, bu fərziyyə inflyasiyanı yenidən alovlandıra bilər.”

Ən sərfəli kredit üçün müraciət et

Kruqman həmçinin əlavə edib ki, hazırda olduqca qeyri-müntəzəm bir dövrdən keçirlər və qeyri-müəyyənliklərin çox olması narahatedici hal yaradır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et